Cəmiyyət

Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var - FOTO

9 Aprel 2022 08:53
0 Şərh     Baxış: 813
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək dayanan maşına çırpılıb. Daha sonra eyni istiqamətdə olan "VAZ-2107" markalı avtomobil "Mercedes"ə çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan bir nəfər xəsarət alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.