Cəmiyyət

“Parkovşik”ə təpik atan qadının kimliyi bilindi

6 Aprel 2022 21:54
6 Şərh     Baxış: 4 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda qadının parkinq nəzarətçisinə hücum etməsini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisəni törədən qadının Sumqayıt şəhər sakini Günay Dayanova olduğu üzə çıxıb.

Bildirilib ki, ictimai yerdə insident törədən G.Dayanova Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə laborant vəzifəsində çalışır. O, ailəlidir və iki uşaq anasıdır.

Qadın sürücünün hücumuna məruz qalan parklanma xidməti əməkdaşı ərazidə "İbiş" ləqəbi ilə tanınan İbrahim Cabbarovdur. Onun nitq qüsurlu olduğu bildirilib.

Qeyd edək ki, "Mitsubishi Outlander" markalı avtomobildən düşərək parkinq nəzarətçisinə hücum edən G.Dayanova inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.