Cəmiyyət

Abşeronda 7 yaşlı uşağı it dişlədi - VİDEO

30 Mart 2022 19:42
1 Şərh     Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda 7 yaşlı uşağı küçə itləri dişləyib. Hadisə Masazırdakı yaşayış komplekslərindən birinin həyətində baş verib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkmişin nənəsi Hədiyyə Babayeva deyir ki, hadisə baş verən zaman onlar evdə olublar.

Uşaq dərhal xəstəxanaya çatdırılıb. Onun bud nahiyyəsindəki yaralarına 20-yə yaxın tikiş vurulub.

Yaxınlıqda yaşayanlar sahibsiz itlərin çoxalmasından narahatdırlar.

Məsələyə Masazır kənd icra nümayəndəliyindən münasibət bildirilib.  

Vəd edilib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.