Cəmiyyət

Ağstafada Mercedes aşıb, sürücü xəsarət alıb

26 Mart 2022 22:16
0 Şərh     Baxış: 731
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq əvvəlcə yol kənarındakı hasara dəyərək aşıb.

Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Azər Yusibov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.