Cəmiyyət

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - VİDEO

15 Mart 2022 18:54
2 Şərh     Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın məhsul idxal etdiyi ilk 3 ölkə Türkiyə, Çin və Rusiyadır. Bu idxalın 15,77 faizi Türkiyədən, 13,8  faizi isə Rusiyadan edilir. İqtisadçı ekspert Elman Sadıqov deyir ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə fonunda rəsmi Moskva məhsul ixracından imtina etsə, ümumilikdə dünya bazarlarında qiymətlər qalxacaq. Çünki, hazırda Qərbin sanksiyaları səbəbindən Rusiya anbarları boşalmaqdadır. Ekspertin fikrincə, bu proses ölkəmizə də təsir edə bilər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Elman Sadıqov bildirir, Azərbaycan əsas zəruri və gündəlik təlabat məhsullarınının bir hissəsinin məhz Rusiyadan idxal edilir. Buna görə də, indi alternativ yollar düşünülməlidir.

Qərbin Rusiyaya sanksiyaları fonunda Türkiyədə də yanacaq qiymətləri artıb ki, bu da daha bir narahatlıq doğuran məqamdır. Ancaq Elman Sadıqov deyir ki, qardaş ölkədən daha çox tərəvəz məhsulları idxaledirik ki, bunun da dövriyyəsində hansısa bir azalma gözlənilmir. Ekspertin sözlərinə görə, Lirə dollar qarşısında dəyər qazanmadığı müddətdə qiymətlərdə artım ola bilməz.

İqtisadçı bildirir ki, bu ölkələrdə məhsulların qiyməti dollarla artarsa, bunun Azərbaycana da təsiri olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.