Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov vəfat edib.
Universitetdən Milli.Az-a verilən xəbərə görə, Məhəmməd Məmmədov 1986-cı ildən BDU-da çalışıb. 1983-1986-cı illərdə BDU-nun əyani aspirantı olub. 1987-ci ildə "Azərbaycan dilində feli adlar" adlı dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim, 1994-2007-ci illərdə BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında baş müəllim işləyib.
2008-ci ildən BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında dosent kimi çalışırdı.
Milli.Az