Cəmiyyət

Svetlana İsmayılova vəfat etdi

26 Fevral 2022 09:14
0 Şərh     Baxış: 3 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Düsseldorf şəhərində Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan jurnalist Svetlana İsmayılova vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, S.İsmayılova 83 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Svetlana İsmayılova uzun illər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifəsində çalışıb, yüzlərlə bədii və sənədli filmlərin istehsalında yaxından iştirak edib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrasında baş müəllim, dosent vəzifələrində çalışıb. O, "Qızıl Qələm" mükafatı laureatı idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.