Cəmiyyət

Daşınmaz əmlakın sığortası ilə bağlı xəbərdarlıq - Cərimələr olacaq - VİDEO

25 Fevral 2022 20:30
0 Şərh     Baxış: 1 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlıq subyektlərinə xəbərdarlıq edilib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib ki, bu növ icbari sığorta şəhadətnamələrin qüvvədə olma müddəti 1 ildir. Onun sözlərinə görə, ötən ilin bu vaxtlarında bağlanmış müqavilələr yenilənməlidir.

Elmar Mirsalayev qeyd edib ki, daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən  şəxslər əsasən ev-əmlak alqı-satqısı və ya girov əməliyyatları zamanı da məhdudiyyətlərlə üzləşə bilərlər.

İcraçı direktor daşınmaz əmlakın icbari sığortası ilə bağlı tarif və sığorta təminatının həcminə diqqət çəkib.

O bildirib ki, tarif və sığorta təminatı əmlakın yerləşdiyi bölgə və onun təyinatına uyğun müəyyən edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.