Cəmiyyət

Bakının bitməyən parklanma problemi: Çıxış yolu nədir? - VİDEO

25 Fevral 2022 19:06
1 Şərh     Baxış: 1 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt Bakıda parklanma sarıdan problemlər günü-dündən artmaqdadır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakıda hazırkı parklanma probleminin əsasında bir neçə səbəblər var.

Başlıca səbəblər tikinti-şəhərlsalma, məskunlaşma məsələləri, ictimai nəqliyyatın ürəkaçan olmayan hazırkı vəziyyəti, həmçinin ümumi nəqliyyat infrastrukturunun qənaətbəxş olmaması və mikromobilliyə keçidin aşağı səviyyədə olmasıdır.

Bununla yanaşı, 2015-ci ildən hazırlanmalı olan parklanma sahəsinin təkmilləşdirilməsi, parklanma yerlərinin təşkili ilə bağlı normativ hüquqi akt da hələ ki, təqdim edilməyib. Halbuki indiyə qədər bu məsələ normativ- hüquqi aktlarla öz həllini tapmalı idi. Elə bu səbəbdən də parklanma problemi hərəkətin fasiləsizliyinə maneə törətməkdə davam edir.

Ekspert vurğulayır ki, bu sahəyə faktiki olaraq nəzarət olduqca aşağı səviyyədədir. Nəticədə kim gəldi parklanma yerləri təşkil edir, tıxaclara və digər çətinliklərə səbəb olur.

Ərşad Hüseynov hesab edir ki, qısa zamanda parklanma yerlərinin təşkili zamanı istifadə qaydaları müəyyən edilməli, həmçinin ərazilərə görə ödənişli və ya ödənişsiz parklanma yerləri ayrılmalıdır. Əks halda, gələcəkdə bu problem daha da qabarıq hal alacaq və nəticədə insanlar əziyyət çəkməkdə davam edəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.