Cəmiyyət

Sumqayıtda bu binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO

23 Fevral 2022 17:48
0 Şərh     Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda yerləşən "New city" yaşayış kompleksinin sakinləri evlərinə sənəd ala bilmirlər. 

Onların mənzilləri olsa da, yaşadıqları evlərə çıxarış almaqda problemlə üzləşiblər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər iddia edir ki, MTK rəhbərliyi üzərinə düşən öhdəliyi tam yerinə yetirə bilmir. Ev alan şəxslər pullarını ödəsələr də, çıxarış ala bilmirlər.

Sözügedən "New  City" yaşayış kompleksinin direktoru Fərman Şükürov bildirib ki, sakinlərin şikayəti tam haqlıdır. Onun sözlərinə görə, MTK tərəfindən lazımi sənədlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinə təqdim edilib. Hətta bu idarənin icazəsi ilə binada layihə dəyişikliyi olunub. Sonra tələb olunan bütün sənədlər şəhər icra hakimiyyətinə  göndərilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsindən bildirilib ki, binaya  baxış keçirilib, binanın əsas girişi bağlanıb və digər tərəfdən giriş açılıb. Bundan əlavə, lazımi sənədlər təqdim olunmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.