Cəmiyyət

Pula görə baldızını və iki uşağını öldürən müəllimdən XƏBƏR VAR

22 Fevral 2022 22:51
1 Şərh     Baxış: 3 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pula görə baldızını və iki uşağını öldürən müəllimdən XƏBƏR VARBakıda ana və azyaşlı uşaqlarını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində elan edilib.

Qeyd edilib ki, Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.