Cəmiyyət

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - FOTO

18 Fevral 2022 07:22
1 Şərh     Baxış: 1 234
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynova ağır itki üz verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin baş gizirinin atası Əhəd Hüseynov dünyasını dəyişib.

Mərhum bu gün Ağdamın Mirəşelli kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Yaşar Hüseynovun bir qardaşı Füzuli Hüseynov birinci Qarabağ müharibəsində şəhid olub, digər qardaşı Fərman Hüseynov isə qazidir.

Xatırladaq ki, Ağdamın Abdal-Gülablı kəndində anadan olan Yaşar Hüseynov, Şuşaya bayraq sancdıqdan sonra, Azan oxuması ilə diqqət çəkmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.