Cəmiyyət

Naxçıvandan İranın bir neçə şəhərinə yeni aviareys açıla bilər

17 Fevral 2022 08:08
0 Şərh     Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Seyid Əhməd Hüseyni Naxçıvan MR Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli ilə görüşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, görüşdə Tehran və Naxçıvan MR arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.

Ə.Hüseyni İran və Naxçıvan MR arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın zərurətindən danışıb və bildirib ki, Baş Konsulluq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

M.Gülməmmədli Naxçıvan MR Beynəlxalq Hava Limanı ilə İranın bir neçə şəhəri arasında aviareyslərin açılmasının mümkünlüyündən danışıb.O, qeyd edib ki, bu sahədə bir sıra proqramlar hazırlanır.

Görüşdə tərəflər İran və Naxçıvan arasında aviareyslərin açılması ilə bağlı əməkdaşlığı davam etdirmək haqqında razılığa gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.