Cəmiyyət

Nazir rəis müavinini işdən çıxardı

16 Fevral 2022 21:40
0 Şərh     Baxış: 1 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samux rayon polis şöbəsini müavini sərancama götürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini Musayev Fikrət Kamal oğlu sərancama götrülüb.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki Samux Rayon Polis Şöbəsinə ötən gün polkovnik-leytenantı Ramil Səfərəliyev rəis təyin olunub.

Xatırladaq ki, Ramil Səfərəliyev daha əvvəl Kəpəz Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsindən çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.