Cəmiyyət

“Karlar dövrü” gələcək - Omikron ilə bağlı növbəti xəbərdarlıq

10 Fevral 2022 18:00
1 Şərh     Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun Omikron ştamı eşitmə sinirinə təsir edərsə, o zaman insanlar eşitmə problemləri yaşamağa başlayacaq və "karlar dövrü" gələcək.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya tibb elmləri namizədi Vladimir Zaitsev xəbərdarlıq edib.

Onun sözlərinə görə, Omikron sinir hüceyrələrini yoluxdura bilən neyrotrop virusdur. Eşitmə sinirinin zədələnməsinin qarşısını almaq üçün omikronla müalicəyə vaxtında başlamaq və bədəndən çıxarmaq lazımdır.

"Koronavirus infeksiyasına yoluxduğumuz zaman onu bədəndə tamamilə məhv etmək lazımdır. Təkcə boğazı yaxalamaq və burnu yumaqla iş bitmir. Xəstəlikdən sonra insanın səsi xırıldaya və ya qəribə səsi çıxara da bilərlər. İmkan daxilində qulaqlara həkim məsləhətinə əsasən təyin edilmiş damcılar damlatmaq da faydalı olacaqdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.