Cəmiyyət

Yol çəkilişi zamanı evlərə ziyan dəyib? - Sakinlər belə iddia edir - VİDEO

7 Fevral 2022 14:18
0 Şərh     Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə yol çəkilişi zamanı fərdi evlərdə çatlar yaranıb. Bu iddia ilə rayonun Şirvanlı kəndinin sakinləri çıxış ediblər. Ev sahiblərinin sözlərinə görə ağır texnikaların iştirakı ilə aparılan qazıntı işləri zamanı mənzillərinə ziyan dəyib. İşləri həyata keçirən şirkət layihənin plana uyğun icra edildiyini bildirib. Rayon icra hakimiyyəti də mövcud vəziyyəti şərh edib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yol tikinti işləri evlərin yaxınlığında aparılır. Sakinlər bu səbəbdən evlərində çatların yarandığını iddia edirlər. Görüntülər Bərdə rayonun Şirvanlı kəndindəndir.

Sakinlər iddia edirlər ki, aparılan qazıntı işləri zamanı evlərinə ziyan dəyib

Sakinlər yaranmış vəziyyətlə bağlı tikinti şirkətinə və rayon icra hakimiyyətinə müraciət etdiklərini deyirlər. İşlər hələ davam etdiyindən sakinlər təhlükənin böyüyəcəyindən ehtiyatlanırlar. 

Tikinti həyata keçirən şirkətdən bildirilib ki, onlar işlərini layihəyə uyğun həyata keçirirlər. Bərdə rayon icra hakimiyyətindən isə qeyd edilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Bildirilib ki, fərdi evlərə baxış keçiriblər. Vurğulanıb ki, mənzillərdə çatların hansı səbəbdən əmələ gəldiyini müəyyən etmək üçün Fövqaladə hallar nazirliyinə müraciət edilməlidir. Nazirlik evlərə baxış keçirib qərar verərsə, ondan sonra müvafiq tədbirlər görülə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.