Cəmiyyət

Sahibkarlıq fəaliyyətində istifadə olunan avtomobillərə görə əmlak vergisi hesablanır

4 Fevral 2022 23:10
0 Şərh     Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sahibkarlıq fəaliyyətində istifadə olunan avtomobillərə görə əmlak vergisi hesablanır.

Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əmlak vergisinin hesablanması zamanı vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobillərinin dəyərində azaldılır.

Mexaniki nəqliyyat vasitələri üzrə verilən güzəştlər (fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla), eləcə də müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləğinin 25 faiz azaldılması şəklində verilən güzəştlər ləğv edilib.

Qeyd edilənlərə əsasən, müəssisələrə və fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunan avtomobillərə görə əmlak vergisi hesablanaraq ödənilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.