Azərbaycanda “Omikron”a görə qapanma olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədə iki ildən çox tüğyan edən koronavirusla paralel bu virusun "Omikron" ştammı da aşkarlanıb. Xaricdən Azərbaycana gələn 12 nəfərdə bu virus qeydə alınıb. İnfeksionistlərin dediyinə görə əslində "Omikron" variantı ölkədə 2-3 həftədən çoxdur ki, mövcuddur.
Üstəlik mövsümü qriplər və uşaqlar arasında sürətlə yayılan "İnfluenza" infeksiyasına da yoluxma halları çoxalır.
Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarronun açıqlamasına görə koronavirusun "Omikron" ştammının yayılması ilə bağlı gərginlik qarşıdakı üç ay da davam edəcək. Ekspertin fikrincə, "omikron"dan sonra başqa variantlar da ortaya çıxa bilər. Artıq dünyanın bir çox ölkəsində, xüsusilə Avropada "Omikron"la mübarizə tədbirlərinə başlanılıb. Bəzi ölkələrdə isə sərt karantin rejimi tətbiq edilib.
Maraqlıdır, bir neçə virusun tüğyan etdiyi Azərbaycanda da sərt karantin rejiminə gediləcəkmi?
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa bizim.media-ya açıqlamasında Azərbaycanda da "Omikron"a görə sərtləşmə baş verəcəyini istisna etməyib:
"Ola bilər. Avropa, Türkiyə və başqa yerlərdə hansı metodlar təmin olunursa, bizdə də daha çox ona baxılır. İndi bunun təhlükə riski nə qədərdir, onu müvafiq qurumlar bilir. Hər halda vətəndaşların sağlamlığı üçün narahatlıq yaradırsa, bu istiqamətdə təxirəsalınmaz addımlar atılmalıdır. Lazım olarsa, müəyyən məhdudlaşmaya gedilə bilər. Amma elə etmək lazımdır ki, bu, vətəndaşların iş yerlərinə, ictimai nəqliyyatın fəaliyyətinə təsir etməsin.
Çünki vətəndaşın sıxıntıları çoxdur və bunun onların yaşam standartlarına təsiri olmasın. Bir şərtlə ki, virusdan qorunma vasitələrindən, xüsusilə ictimai nəqliyyatda və digər yerlərdə maskadan istifadə edilməsi ciddi şəkildə tələb olunsun".
Deputat virusla mübarizədə məktəblərin qapadılması məsələsinə də toxunub. O, bildirib ki, əslində virus o qədər kütləviləşib ki, nəyisə bağlamaq da məsələnin həlli deyil:
"Məktəb də bağlananda bütün təhsil sistemi iflic olur. O baxımdan fərdi qorunma imkanları genişlənməlidir. Kim xəstədirsə, məktəbə getməsin. Ancaq bu yol məqbuldir. Başqa yol yoxdur. Bağlamaq COVID-dən də artıq problemlər yaradır. Mümkün qədər bağlanmaya getmədən qorunma yollarını tapmaq lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)





