"Omikron" "delta" ilə müqayisədə daha sürətlə yayılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Omikron" ştammı "delta" ilə müqayisədə daha çox sürətlə yayılır. İnkubasiya dövrü isə daha qısadır - 72 saat. Bu isə o deməkdir ki, "delta" əvvəlki variantlarla müqayisədə tez yayıla bilirdisə, "omikron" daha tez bir zaman ərzində yayılır, lakin, klinik gedişatına görə əlamətlər "delta" ilə müqayisədə daha mülayimdir.
Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.
Onun sözlərinə görə, ağır klinik gedişat və hospitalizasiya halları delta ilə müqayisədə aşağıdır.
"Lakin bu ştammın immun sisteminin üzülməsi olan şəxslərdə (QİÇS, uzunmüddətli immunsupressiv preparatlar qəbul edən şəxslərdə) ağır keçmə ehtimalı istisna olunmur. Simptomlarda oxşarlıq ola bilər, çünki bütün ştamlar SARS-cov 2 virusunun mutasiyalarıdır və tənəffüs yolları infeksiyasına aiddir. Ən çox üstünlük təşkil edən əlamətlər başağrısı və halsızlıqdır. Boğazda qaşınma, öskürək, ürək vurğularının sürətlənməsi, tərləmə kimi əlamətlərə də təsadüf etmək olar", - deyə o bildirib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumata görə, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi





