Cəmiyyət

Düşmənin kabusu - Abbasov qardaşları - VİDEO

10 Yanvar 2022 19:48
0 Şərh     Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Onlar iki qardaş - Fərid və Fərrux qardaşları çiyin-çiyinə böyüdükləri kimi çiyin-çiyinə də vətəni qorumağa yollandılar. Davranışlarıyla sevildilər, qəhrəmanlıqlarıyla seçildilər.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Fərrux ən ali məqama - şəhidlik zirvəsinə yüksəldi və evinə üçrəngli bayraqla döndü. Fərid isə hal-hazırda hərbi xidmətdədir. Tərbiyə ailədən başlayır deyir Fərruxun atası. Mən oğullarımı Vətən üçün böyütdüm. Böyütdüm ki, mənim başımı, elin başını uca etsinlər.

Fərrux Abbasov 1994-cü il oktyabrın 18-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub.2001-2012-ci illərdə Qıraq Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Hərbi xidməti Fərrux Abbasov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə yola düşüb. Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Fərrux Abbasov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Zəlimxan kəndində dəfn olunub.Fərruxa qələm tutmağı, Vətən-Azərbaycan kimi müqəddəs sözləri yazmağı öyrədən müəllimləri də onun barəsində qürurla danışır.

Ağstafa rayonunun, bütün Azərbaycanın fəxri, baş tacı Fərrux Abbasovun özündən sonraya bir qız övladı qalıb. Qarabağın azadlığı uğrunda canını fəda edən Şəhidimiz ölümündən sonra "Vətən uğrunda, "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medallarıyla təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.