Cəmiyyət

Yalnız nağdsız qaydada həyata keçirilən ödənişlər hansılardır?

31 Yanvar 2022 23:10
0 Şərh     Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nağdsız hesablaşmalar haqqında" Qanunda edilmiş dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən bəzi ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən ödənişlərə ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər, pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər və tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər daxildir.

Bundan başqa, "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları)" də nağdsız ödənişlər sırasına daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.