Cəmiyyət

“Gələn il aktiv məşğulluq proqramları daha da genişlənəcək” - Sahil Babayev

30 Dekabr 2021 08:18
0 Şərh     Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gələn il aktiv məşğulluq proqramları daha da genişlənəcək. Bu günlərdə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ISO beynəlxalq sertifikatı aldı və ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi oldu. Artıq yeni ildə bu standart üzrə peşə hazırlığı təşkil ediləcək. Bu da əmək bazarına daha ixtisaslı işçi qüvvəsi gətirməyə imkan verəcək".

Bu fikirlər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəsmi mətbuatda dərc olunan məqaləsində yer alıb.

"Əsas prioritetlərdən biri həm məşğulluq xidmətlərinin keyfiyyətinin, həm də əhatə dairəsinin genişləndirilməsidir. Vətəndaşların daha çox aktiv dəstək proqramları ilə əhatə olunması, əmək bazarına çıxş imkanlarının artırılmasıdır", - nazir qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.