Cəmiyyət

Günün qoroskopu: Təşəbbüslər üçün pis gün deyil

25 Yanvar 2022 00:01
14 Şərh     Baxış: 4 542

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - intellektual fəaliyyət üçün əlverişli gündür. Çətin məsələlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Gərəkli informasiyanı vaxtında əldə etməyə çalışın. Həmin məlumatdan yararlanmağa can atın. Danışıqlara başlamaq, yeni müttəfiqlər aramaq olar. İdeyalarınız dəstək alacaq.

Günün ikinci yarısında əldə edilən məlumatlar faydalı olacaq. Yeni romantik münasibətlər başlana bilər. Hisslər və emosiyalar dinamik olacaq.

Maliyyə itkiləri ola bilər.

Buğa - gün ərzində müəyyən çətinliklər yarana bilər. Lakin müsbət təmayüllərin təsiri güclüdür və bunu sezməmək mümkün deyil. Peşə fəaliyyəti müstəvisində yaranan problemlərin sürətli həlli ilə yanaşı, karyera müstəvisində irəliləyişlər mümkündür. Nüfuzlu insanın dəstəyini almaq və ambisioz planlardan birini yerinə yetirmək olar.

İş barədə nə qədər çox düşünsəniz, yaxınlarınızla ünsiyyət üçün bir o qədər az vaxt qalacaq. Müəyyən birgə planları təxirə salmalı olacaqsınız. Bu da münasibətlərə yaxşı təsir etməyəcək.

Əkizlər - gün o qədər pis olmasa da, özünüzdən ifrat dərəcədə narazı qalmayın. Daha çox iş görməyin, uğurlara nail olmağın mümkünlüyünü düşünüb özünüzü yarıtmaz hesab etməyin. Aktiv, enerjili olun. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Özünütənqiddə ifrata varmayın. Ciddi səhvə yol verməyibsiniz, yaranmış situasiyada adekvat davranıbsınız. Yaxınlarınızla kiçik anlaşılmazlıq münaqişəyə səbəb olmayacaq.

Maliyyə məsələlərində ehtiyatlı olun. Günün ikinci yarısında pul itkiləri ola bilər. Yaxşı tanımadığınız insanlarla qarşıdurmaya, mübahisəyə başlamayın. Yaranmış neqativ emosiyalarınız üçün daha uyğun çıxış yolu tapın.

Xərçəng - yaranmış situasiyanı yanlış dəyərləndirməyin. Ciddi problemlərin təməlini qoymayın. Çətin işi təxirə salaraq istirahət və əyləncə barədə düşünməyin. Peşə fəaliyyəti ilə bağlı öhdəlikləri, yaxınlarınıza verdiyiniz vədləri unutmayın.

Mühüm sənədlər, uzunmüddətli fəaliyyəti nəzərdə tutan anlaşma və ya sövdələşmənin imzalanmasını təxirə salın. Ailə işlərinə, məişət qayğılarına diqqət yetirin. Bu sahədə irəliləyişə nail ola bilərsiniz. Təmaslarda sayıq, diqqətli olun. Fırıldaqçıların qurbanı, intriqan insanların məkrinin obyekti olmayın.

Şir - önəmli saydığınız sahədə əhəmiyyətli uğurlar vəd edən əlverişli gündür. Seçdiyiniz yoldan sapmayın: bu yol sizi məqsədə aparır.

Yaxın ətrafınızdakı insanlar sizi günün ikinci yarısında dəstəkləyəcəklər. Amma o vaxta qədər ən ciddi çətinlikləri həll edə bilərsiniz.

Psixloq kimi davranın. Rəğbət bəslədiyiniz insanın problemlərini anlamağa çalışın. Yeni münasibətlər, tanışlıq başlana bilər. Böyük səyahətə başlamaq, yaşam arealında köklü dəyişikliklər etmək üçün münasib zamandır.

Qız - ünsiyyətdə ehtiyatlı olun. Yaxın ətrafınızdakı insanların əsla xoşuna gəlməyəcək nə isə deməyin. Yersiz söhbətlər və boş iddialara yer verərək nüfuzunuzu zərbə altında qoymayın. Adi günlərdən fərqli olaraq bu gün impulsiv qərarlara və tələsik addımlara daha çox meyllisiniz. Sonuclar istədiyiniz kimi olmayacaq.

Mürəkkəb, qarışıq situasiyalarda müstəqil fəaliyyət göstərin. İndiyədək sizə dəfələrlə kömək etmiş insandan yardım istəyə bilərsiniz. Axşam saatlarını yaxınlarınız, zəif və güclü yönlərinizə bələd insanlarla keçirin.

Tərəzi - ziddiyyətli, təbəddülatlı təmayüllərin təsirini hiss edəcəksiniz. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Çətinliklər qeyri-standart çözüm tələb edir.

Detallara və xırdalıqlara ciddi yanaşma, diqqət tələb edən fəaliyyət usandırıcı təsir bağışlaya bilər. Tez yorulmayın. Hesablamalarda, xüsusilə də büdcənin planlaşdırılmasında yanlışlıqlar ola bilər.

Yaşca özünüzdən kiçiklərlə təmaslarda diqqətli və qayğıkeş olun. Yaşlılarla dil tapmaq asan deyil.

Nüfuzlu şəxslə görüşərək danışıqlar aparmaq olar. Lakin müraciət və xahişinizin dərhal nəzərə alınacağını düşünməyin.

Əqrəb - yaşanan olayları, hissləri real dəyərləndirin. Mənasız illüziyaların köləsinə çevrilməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə nəyisə dəyişmək istəyəcəksiniz. Narahatlığınızın səbəbini dəqiq anlamadan, müəyyənləşdirmədən düşünülməmiş addımlar atmayın. Maliyyə durumu birmənalı deyil. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin, öhdəliklərə boyun olmayın.

Yanınızdakı insanlara adi günlərlə müqayisədə daha çox tələbkar olmayın. Bu, işlə bahəm, evdə də münaqişəyə səbəb ola bilər. Çətinliklər müvəqqətidir.

Oxatan - işlərdə yaxşı yox, əla nəticələrə nail olmaq mümkündür. Yeni layihə uğur vəd edir. İşlə bağlı şübhələr varsa, bir qədər fasilə edin, qüvvələrizin bərpasına başlayın. Döyüşkən və qətiyyətli olun. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Ən çətin işlərə başlaya bilərsiniz.

Məntiqli və soyuqqanlı olsanız, çətinliyin öhdəsindən gələcəksiniz.

Fiziki iş və cari müşküllərin həlli üçün yaxşı zamandır. İstənilən, hətta ən kiçik və cüzi işlərə məsuliyyətlə yanaşın. İri məbləğdə gəlir və yaxın saydığınız insanlardan birindən hədiyyə istisna deyil.

Oğlaq - rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcək. Məhsuldar əməkdaşlıq başlana bilər.

Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər.

Dolça - yeni və maraqlı işə başlamaq üçün əlverişli gündür. Həmin iş həddən ziyadə faydalı olmasa belə, eyb etməz. Diskusiyalar məhsuldar keçir. Fikir ayrılıqları olsa belə, konstruktiv məcrada qalın, güzəştli həll variantı tapın.

Müstəqil çalışmaqla yanaşı, həmfikirlərlə də məhsuldar fəaliyyət göstərmək olar.

Təşəbbüslər üçün pis gün deyil. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Axşam saatları xoş dəqiqələr vəd edir.

Balıqlar - risk və eksperimentlər nə qədər az olarsa, işlər bir o qədər yaxşı alınacaq. Peşə fəaliyyəti müstəvisində problemlər, işdə anlaşılmazlıqlar ola bilər. Başqalarının səhvləri və yanlışlıqlarına görə narahat olacaqsınız. Rəğbət bəsləmədiyiniz insanlara görə məsuliyyəti boynunuza almaq zərurəti yaranır.

Şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər. Müəyyən hadisə çoxdan tanıdığınız insanların yeni xislətini aşkarlayır. Qəfil vizit, ola bilər. Gələn qonaqlar pozitiv emosiyalar vəd edirlər.

Məişət texnikası və nəqliyyat vasitəsi almaq məsləhət deyil.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Ebru · 25 Yanvar 00:07272

    Onda mən sabahdan səfər,və səyahətə çıxım ,əcnəbi dil öyrənim,və yaxınan uzaqdan gələnləri qarşılayım görüm başıma nə iş gəlir:))Sabaha işim ağırdı.Belə getsə bürcüm məni iş xanımı edəcək:).

    Cavab yaz
  • Anonim
    asi · 25 Yanvar 00:0830

    Çox sevimli bürcümün nəzərinə çatdırıram ki, mən də kimdənsə, yaşca kiçik, kimdənsə böyüyəm..Ona görə də özümdən böyüklərdən qayğı, kiçiklərdən isə, nəzakət gözləyirəm)..

    Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 25 Yanvar 00:20220

    Sabahınız uğurlu və xeyirli açılsın.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 25 Yanvar 00:21553

    Gedənin sonunda nöqtə qoyun ki,gələnin adın böyük hərflə yaza biləsiniz..

    Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 25 Yanvar 00:25311

    İnsanın müqavimətini qıran tək bir şey,xəyallarının boşa çıxmasıdır.

    Cavab yaz
  • Anonim
    Anonim · 25 Yanvar 02:02125

    Xos sedali,xos xeberli,guler uzlu Esra Xanim,birincilik size yarasir.

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli(Şamaxı) · 25 Yanvar 09:1282

      Cavab yaz
  • Anonim
    Ebru · 25 Yanvar 09:31207

    Deyir xainlik,paxıllı və yaltaqlıq,çox pis şeydir.Çalışın bu üçlükdən uzaq olun.Ömrü qisaldır!

    Cavab yaz
    • Anonim
      ....... · 25 Yanvar 13:1330

      Salam Ebruşum necəsən? Qızlar necədi?

      Cavab yaz
      • Anonim
        Ebru · 25 Yanvar 18:0230

        Çox sağ olun,qizlar yaxşıdır.

        Cavab yaz
  • Anonim
    ....... · 25 Yanvar 13:1321

    Esruşum sən necəsən? Balaca kişi necədi?

    Cavab yaz
    • Anonim
      Esra ıbrahımli(Şamaxı) · 25 Yanvar 17:4813

      Cox sağ ol,canım var ol yaxşiyam.Sen necesen? Balaca kişi də yaxşıdı,ujee,böyüyüb bacara bilmirəm.Hər günü dava dalaşnan yola veririk.:)

      Cavab yaz
  • Anonim
    Anonim · 25 Yanvar 16:5825

    Paxillq,yaltaqliq,xainlik Esra Xanima yaxin duse bilmezler. Qaldi ki, mene, bir Xanim haqqinda xos sozler demek hec de yaltaqliq deyil.Sozler diqqetle secilmeyende,yazanin barmaqlari eziyyet cekir.

    Cavab yaz
  • Anonim
    Ebru · 25 Yanvar 17:5952

    Mənim heç kəsə ünvanlı ,deyə yazmadığım,kimsə şərhinin altında yazmadığım,sadəcə status,və söz olaraq paylaşdığım bir şərhi,kimlərsə öz adına ünvanına götürürsə,bu onun ağıl prablemidi!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics