Cəmiyyət

Reza Deqati Xudavəng monastırının fotolarını paylaşıb - FOTO

25 Dekabr 2021 22:06
0 Şərh     Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb.

Xudavəng monastır kompleksinin qış görüntülərinin yer aldığı paylaşımında fotoqraf məbədin tarixi barədə də məlumat verir.

O qeyd edib ki, Xudavəng monastırı XIII əsrdə Qarabağın Kəlbəcər şəhərində Alban knyazı Vaxtanqın arvadı Arzu xatun tərəfindən tikilib.

"Sovet dövründə və daha sonra Kəlbəcərin 1993-2020-ci illərdə işğalı zamanı memarlıq quruluşuna bir çox erməni elementləri əlavə edilib, bəzi qədim alban işarələri silinib. Sülh müqaviləsi imzalanandan bəri kompleksi Rusiya sülhməramlıları qoruyur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.