Cəmiyyət

Naxçıvanda şəhid ailələrinə, qazilərə mənzillər və avtomobillər verilib - FOTO

25 Dekabr 2021 08:52
0 Şərh     Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, Vətən müharibəsinin 10 iştirakçısına isə avtomobillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək əlamətdar gündə qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə təbrik edib.

Çıxışlardan sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib. Qazilər və şəhid ailələrinin üzvləri diqqət və qayğıya görə təşəkkür ediblər.

Sonda xatirə şəkli çəkdirilib, avtomobillərə baxış olub. Şəhid ailələrinə və qazilərə verilən mənzillər Culfa, Babək və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi məişət şəraiti yaradılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.