Cəmiyyət

Dünən general olan Raul Zeynalova yeni vəzifə verilibmiş

23 Dekabr 2021 23:14
Baxış: 2 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi verilən Raul Zeynalov bir müddət öncə yeni vəzifəyə təyin edilibmiş.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Bakı Regional Mərkəzi rəisinin birinci müavini olan Raul Zeynalov bu vəzifədən çıxarılıb.

O, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub.

Xatırladaq ki, təyinat R.Zeynalovun general rütbəsi almasından bir neçə gün öncə olub.

Qeyd edək ki, R. Zeynalovun 39 yaşı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.