Cəmiyyət

“Mən məktəbdə oxuyanda da pul yığılırdı” deyən nazirə cavab - Misir Mərdanovdan reaksiya

21 Dekabr 2021 15:18
Baxış: 14 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi".

Xəbər verdiyimiz kimi, bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir pul yığımının əvvəllər də mövcud olduğunu söyləyib.

Milli.Az xəbər verir ki, azxeber.com nazirin məktəb illəri ilə bağlı kiçik bir araşdırma aparıb.

Emin Əmrullayev 1982-ci ildə anadan olub. O, altı yaşında - 1988-ci ildə orta məktəbə gedib və Bakının Yasamal rayonunda yerləşən Fizika,Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.

1999-cuildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Nazirin məktəb illərindəki təhsilinin böyük hissəsi mərhum nazir Lidiya Rəsulovanın ( 1993 - 1997) dönəminə təsadüf edir.

Emin Əmrullayevin təhsil həyatının yalnız 2 ilə yaxın dönəmi eks-nazir Misir Mərdanovun (1998 - 2013) zamanına düşür.

Azxeber.com nazirin "mən məktəbdə oxuyanda da belə idi" iddiasına cavab tapmaq üçün keçmiş nazirlərlə əlaqə saxlamağa cəhd edib. Lidiya Rəsulovanın vəfat etdiyini nəzərə alsaq, yalnız sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlaya bildik.

O, əvvəlki dövrdə məktəblərdə rüşvətin olub-olmaması ilə bağlı sullara cavab vermək istəmədiyini bildirdi. Misir Mərdanov "o nazirdir, mən də oturmuşam işimdə" fikirləri ilə kifayətləndi: "Mən danışsam, hərə bir söz deyib hallandıracaq. O nazirdir, mən də oturmuşam işimdə".

Eks nazir son olaraq "canı sağ olsun" deməklə kifayətləndi: "Mənim nəyimə lazımdır, canı sağ olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.