Cəmiyyət

Mənşəyi bilinməyən abidə, qəribə ayinli pir - Dini məbəd indi mövhumat ocağına çevrilib - VİDEO

20 Dekabr 2021 14:50
0 Şərh     Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda alban kilsəsi olduğu iddia edilən qədim abidə tamamilə dağılmaq təhlükəsi ilə üzləşib.  Abidənin  cəmi iki divarı qalıb. Yaranmış vəziyyət yaxınlıqda yaşayan sakinləri qorxu içində saxlayır. Sakinlərin sözlərinə görə, hər dəfə ordan keçərkən təhlükə ilə üz-üzə qalırlar, çünki divarlardan tez tez iri daş parçaları qoparaq yerə düşür. Baxımsız abidənin hazırda pir kimi istifadə olunması da sakinləri narahat edir. İnsanlar hansısa xəstəlikdən əziyyət çəkən yaxınlarının  köhnə paltarlarını divara asaraq, şüşə sındırıb gedirlər. Bu isə ətrafda xoşagəlməz mənzərəyə səbəb olur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda 9-cu əsrə aid olduğu iddia edilən alban kilsəsi məhv olmaq üzrədir. 

Xəzər rayonun Buzovna qəsəbəsində yerləşən  tarixi abidə uzun  müddətdir ki baxımsız vəziyyətdə qalıb. Sakinlər deyirlər ki, belə davam edərsə kilsə tamamilə tarixin yaddaşına köçəcək.Məbədin qəzalı vəziyyətdə olması yaxınlıqda yaşayan sakinlər üçün həm də ciddi təhlükə yaradır. 

Sakinləri narahat edən daha bir məqam isə hazırda məbədin pir kimi istifadə olunmasıdır. Onların sözlərinə görə bura gələn insanlar  məbədin divarlarına şəfa mənbəyi kimi baxırlar. İnsanlar hansısa xəstəlikdən əziyyət çəkən yaxınlarının  köhnə paltarlarını divara asaraq, şüşə sındırıb gedirlər. Bu isə ətrafda xoşagəlməz mənzərəyə səbəb olur.

Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik. Xidmətdən bildirildi ki, Buzovna qəsəbəsində yerləşən məbəd 2001-ci ildə təsdiq olunmuş dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin siyahısında yer almayıb. Həmin məbədin qalıqlarının dövlət qeydiyyatına götürülməsi üçün yeni aşkar olunmuş tarixi abidələrin siyahısında qeydə alınıb.  Məbədin bərpasına gəlincə, burada hələ ki restavrasiya işləri nəzərdə tutulmayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.