Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində baş verib.
1989-cu il təvəllüdlü Quliyev Anar Şəmistan oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az