Bakıda piyadanı avtomobil vurub

18 Dekabr 2021 08:28

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində baş verib.

1989-cu il təvəllüdlü Quliyev Anar Şəmistan oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az