Cəmiyyət

Qaz yoxdur, evlərini odunla qızdırırlar - VİDEO

14 Dekabr 2021 14:30
0 Şərh     Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlı rayonun Mollavaizli kəndinin bir qrup sakini mavi yanacağın yoxluğundan əziyyət çəkir. Sakinlərin sözlərinə görə yaşayış massivinin yaxınlığından qaz xətti keçir. Amma onların yaşadığı ərazi qazlaşdırılmayıb. Çıxış yolu kimi odundan və qaz balonlarından istifadə edilir. Bu isə maddi cəhətdən sərf etmir. ''Azəriqaz'' İstehsalat Birliyi məsələyə aydınlıq gətirib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Saatlı rayonunun Mollavaizli kəndində yaşayan bəzi sakinləri müddətdir ki, qaz üzünə həsrətdirlər. Kəndin bir hissəsinə bir neçə il bundan əvvəl qaz xətti çəkilib. 80 ailənin məskunlaşdığı yaşayış massivi isə qazlaşdırılmayıb. Baxmayaraq ki, yaxınlıqdan qaz xətti keçir.  

Sakinləri iddia edirlər ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problem öz həllini tapmayıb. Onların sözlərinə görə mavi yanacaq olmadığından, odun və qaz balonlarından istifadə edililir. Bu isə maddi baxımdan sərfəli deyil. 

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərov bildirib ki, Mollavaizli kəndinin yeni yaşayış massivində paylayıcı qaz xətlərinin çəkilişi 2022-ci ilin kapital qoyuluşu proqramında nəzərdə tutlub. ''Ərazinin qazlaşdırılması üçün qurum tərəfindən layihə-smeta sənədləri hazırlanıb''-deyə o əlavə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.