Cəmiyyət

Ağstafada təcili tibbi yardım avtomobili qəza törədib

11 Dekabr 2021 21:59
0 Şərh     Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Fiat "markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı səkiyə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Qeyd edək ki, qəzaya düşən "Fiat" markalı avtomobil Ağstafa rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım maşını olub. O Qazax rayonuna xəstə aparan zaman qəzaya uğrayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.