Cəmiyyət

Mərkəzi Bankdan manatla bağlı mühüm açıqlama - VİDEO

9 Dekabr 2021 13:58
0 Şərh     Baxış: 1 788
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan manatının məzənnəsi ilə bağlı hər hansı risklər varmı? Bu suala Mərkəzi Bankın sədr müavini cavab verib və bildirib ki, manatın məzənnəsi artıq sabitdir. Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Alim Quliyev nağdsız 5-ci Beynəlxalq Bank Forumundan sonra jurnalistlərin suallarını cavablandırıb. Yeri gəlmişkən, forumda bir sıra məsələlərə toxunulub.

"Azərbaycan manatının 2022-ci ildə də sabit qalmasını təmin edəcək bütün faktorlar mövcuddur". Bu sözləri Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev "Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı" mövzusunda keçirilən 5-ci Beynəlxalq Bank Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Alim Quliyev həmçinin bildirib ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb. Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib. "Bu müddət ərzində internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb",- deyə o vurğulayıb.

"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev isə işğaldan azad edilmiş ərazilərimizdə maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlandığını və konkret təkliflər planı hazırlandığını bildirib.

Forumda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov isə 2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisinin internetlə təmin olunacağını bildirib. Onun sözləerinə görə, təkcə şəhərlərin deyil, həm də bölgələrin internetlə təmin olunması üçün meqa layihələr işə salınıb, internetə çıxışı olmayan 700-ə yaxın yaşayış məntəqəsi internetlə təmin olunacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.