Cəmiyyət

“Sus, cavab qaytarma” - Ailəni məhv edən doğru bildiyimiz yanlışlar

3 Dekabr 2021 22:49
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Evlilikdə kəramət var", Evlənən zaman düzələcək"... Məhz buradan başladı mübahisələr, göz yaşları, həsrət, boşanmalar, ölümlər...

Bu günə qədər çox mübahisələr, ayrılıqlar, "üzdən nümunəvi görünən" əslində isə daxildə xoşbəxt ailə qavramı qalmayan insanlar, boşanmalar oldu, bundan sonra da təəssüf ki, olacaq. Hər şeyə dözüb, "Əsl ailə tərbiyəsi" görən qız rolunu oynayan, əslində isə içi qan ağlayan gənclər az deyil cəmiyyətimizdə. Səbəblər fərqli olsa da nəticələr eynidir. Gözü yaşlılar, kaşlar, heyiflər... Ailə tərbiyəsini çox yanlış anlayır bəzilərimiz. Qeyrət, şərəf, ağıl, namusun, hər növ təhqiredici, alçaldıcı, göz yaşı yaradacaq davranışların, ifadələrin olduğunu bəziləri qızlarına, oğullarına illərlə "tərbiyə" adı altında qanlarına yeritdi və ən acınaqlısı budur ki. davam da edir.. "Keçmişdə nə zülmlər, çətinliklər olub, indikilər..." deyə-deyə xoşbəxtliyin deyil, əsəbin, stresin təməl daşını atdılar.

Övladının göz yaşını görə-görə qarışmayıb, "döz, sus, aman cavab vermə" deyənlər... Övladının xoşbəxt olmadığını görüb övladını tərk etməyib, qoruyan və səbəbini araşdıraraq düzgün yol tapmağa çalışanlar... Hər şey yolunda getdiyi halda "artıq tamah baş yarar" misalına arxalanaraq, mübahisə yaradıb ayrılıq yaşadanlar...

Məhz bu qədər fərqli düşüncəli ailələr bir araya gələndə başlayır tufanlar, fırtınalar...

Psixoloqlara görə, bəzi ailələrdə kişi öz ailəsindən görmədiyi davranışı, eqonu yoldaşını əzərək, öz "ucalığ"ını, hökmranlığını elan edərək yaşamağı normal bilir. Buradan da qarşı tərəfi əzmək, əmrlər, oxunan hökmlər yaranır. Nəticəsini isə uşaqlar çəkir. Təəssüf ki, gördüklərini düz bilərək ailələrinin güzgüsü kimi onlar da bunu gələcəkdə davam etdirir.

Bəs düzgün tərbiyə əslində necə olmalıdır? Ailədə qadına münasibət necə qurulmalıdır?

Milli.Az bildirir ki, psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, hər bir kəsin özünəməxsus qırmızı xətti olmalıdır:

"Bunun fərqi yoxdur. Adı qızdır, gəlindir, oğuldur, yeznədir və s. Bunun üçün əvvəla qızlarımıza özünə hörmət etməyi və qırmızı xətlərinin olmasını aşılamaq lazımdır. Heç kəsin haqqı hüququ yoxdur ki, hansısa bir şəxsi təhqir etsin və ya haqqına girsin və ya problem yaşatsınlar. Qızlar uzun illərdir tanımadığı ailəyə gəlin köçürlər.

Nəzərə almaq lazımdır ki bu səbəbdən ailəyə öyrəşmək ilk bir ildə çox çətin olur. Çünki artıq sənin anan, atan, sənin qoyduğun tərz orda yoxdur.

Öyrəşmək müddətində öz hüquqlarını, haqqlarını mülayim tərzdə qorumalıdır. Əgər haqsız yerə təhqir olunarsa, əzilərsə bu həm dünyəvi dövlət olaraq hüquqlara ziddir, həm də dini -mənəvi istiqamətdən də baxsaq insan öz haqqını qorumalıdır. İnsanın canı ona verilmiş əmanətdir. Əmanətinə xəyanət edən şəxs hər kəsə xəyanət edər. Yəni həqiqətən görürsünüzsə ki, bu cana ziyan gəlir, o zaman bu məsələni ailə böyükləri ilə danışıb birmənalı olaraq həll etmək lazımdır".

Psixoloq deyir ki, hamının alt şüurunda bu var ki, qaynana ilə gəlin münasibətləri kəskin və pis formada olur. Buna aid deyimlər, hətta film də var:

"Ailədə qaynana gəlin münasibətləri vacibdir. Tövsiyə edərdim ki, gəlinlər qaynana ilə rəqabət etməsinlər, ola bilər o yoldaşınızı sizin arzu etdiyiniz tərzdə sevmir, amma heç kim valideynini seçə bilmədiyi kimi o da yoldaşınızın valideynidir.

Qaynanalar isə gəlinlərə qızları kimi yanaşsalar, problem yaşanmaz. Hansısa problem olduğu zaman gəlin etdi kimi deyil də qızım etdi kimi yanaşılsa, səhvlərinə də qızınız kimi baxsanız yaxşı olar. Onların ailəsində problem olduğu zaman sizə bu nə qazandırır ki? Bəlkə sizə də yaxşı həyat yaşatmayıblar, qaynananız yaxşı olmayıb,sizi incidib, amma artıq evinizdə ailə var, onun da övladları var. Haqqınız yoxdur ki, övladlarının yanında onu alçaldasınız. Gəlinin səhvi ola bilər, haqlı olmaya bilər. Amma hər haqqı olmayan əzilməlidirmi, düzü sərt formada demək mütləqdirmi? Ailə daxili münasibətlərdə dağıdıcı deyil, yaradıcı olmaq lazımdır. Stəkanın dolu tərəfindən baxın. Həqiqi sevmək o bunu niyə etdi demək deyil, etdisə bir bildiyi vardır deməkdir".

Sevgi nədir?

"Sevgi əməkdir, əməyə verilən dəyərdi, gəlini qul etmək niyyəti deyil və ya həyat yoldaşını pul kisəsi kimi görmək deyil. İki nəfərin bir canda birləşməsidir ailə, sevgi. Bu sevgini ürəkdə yaşaya bilməyənlər isə evlənməməlidir. Əks halda sonu uçurumdur" - deyə Eyyubova qeyd edib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.