Cəmiyyət

Azərbaycanlı gəmiçi Türkiyədə dənizə düşdü

2 Dekabr 2021 07:47
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəlin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi dənizə düşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, gəmi kəndirinin dəyməsindən sonra suya yıxılan şəxs 22 yaşlı Anar Orucovdur.

Hadisə Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı "Ünzile Ana" adlı quru yük gəmisində baş verib.

Xilasetmə işlərinə cəlb olunan mütəxəssislər, onun gəminin altında ola biləcəyi ehtimalını irəli sürürlər. Gəmi yüklə dolu olduğu üçün bu ehtimalı gözdən keçirmək çətinləşib.

Xilasetmə işləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.