Cəmiyyət

Günün qoroskopu

5 May 2010 07:00
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

5 may çərşənbə, 22-ci Ay günü, Günəş - Buğada, Ay - Dolçada, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - İşlərinizin daha keyfiyyətli alınması üçün təhsilinizi artırmaq barədə düşünməlisiniz. Ən azı mütaliə yolu ilə savadınızı artırın.

Buğa - İşləriniz çətinliklə gedir. Bir sıra vəziyyətlərdə divara dirənirsiniz. Maliyyə vəziyyətinii yaxşılaşdırmaq üçün imkanlarınızdan istifadə etməlisiniz.   

Əkizlər -  Gücünüz çoxdur. Romantik ovqatınız yüksəkdir. Maddi vəziyyətiniz isə hələ də problemli olaraq qalır.

Xərçəng - İşləriniz çətinliklə gedir. Mübahisələr və münaqişələr əhatəsindəsiniz. Səhhətinizə qarşı diqqətli olun.

Şir  - Gücünüz çoxalıb. Ünsiyyətləriniz genişlənib. Biliyinizi artırmadan böyük işlər görə bilməzsiniz. Bu sahəyə diqqət ayırın.

Qız -  Çətin keçən günlərinizdən biridir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün planlı surətdə çalışmalısınız. Əhatənizdəki adamların rəyləri ilə hesablaşmayın.  

Tərəzi - Gücünüz çoxalır. Özünüzə inamımınz qayıdır. Bununla belə, maddi vəziyyətiniz ürəkaçan deyil.

Əqrəb -  Sizi haqlı tənqid edəcəklər. Mübahisələrə yol verməyin. Özünüz üçün nəticə çıxararaq fəaliyyətinizi genişləndirin.

Oxatan - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Təlim-təhsil sferasında uğurlarınız çoxdur. Maddi vəziyyətiniz isə problemlidir.  

Oğlaq - Səhhətinizə qarşı diqqətinizi artırın. Yarımçıq qoyduğunuz məsələlərin tam həllinə çalışın.

Dolça - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Özünüzü güclü hiss edəcəksiniz. Bununla belə maddi vəziyyətiniz ürəkaçan deyil.

Balıqlar - Biznes planlarını həyata keçirməkdən ötrü çalışmalısınız. Biliklərinizi artırsanız heç də pis olmaz. Səhhətinizə qarşı diqqətli olun.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.