Günün qoroskopu
5 May 2010 07:00
Göylərin mənzərəsi
5 may çərşənbə, 22-ci Ay günü, Günəş - Buğada, Ay - Dolçada, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - İşlərinizin daha keyfiyyətli alınması üçün təhsilinizi artırmaq barədə düşünməlisiniz. Ən azı mütaliə yolu ilə savadınızı artırın.
Buğa - İşləriniz çətinliklə gedir. Bir sıra vəziyyətlərdə divara dirənirsiniz. Maliyyə vəziyyətinii yaxşılaşdırmaq üçün imkanlarınızdan istifadə etməlisiniz.
Əkizlər - Gücünüz çoxdur. Romantik ovqatınız yüksəkdir. Maddi vəziyyətiniz isə hələ də problemli olaraq qalır.
Xərçəng - İşləriniz çətinliklə gedir. Mübahisələr və münaqişələr əhatəsindəsiniz. Səhhətinizə qarşı diqqətli olun.
Şir - Gücünüz çoxalıb. Ünsiyyətləriniz genişlənib. Biliyinizi artırmadan böyük işlər görə bilməzsiniz. Bu sahəyə diqqət ayırın.
Qız - Çətin keçən günlərinizdən biridir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün planlı surətdə çalışmalısınız. Əhatənizdəki adamların rəyləri ilə hesablaşmayın.
Tərəzi - Gücünüz çoxalır. Özünüzə inamımınz qayıdır. Bununla belə, maddi vəziyyətiniz ürəkaçan deyil.
Əqrəb - Sizi haqlı tənqid edəcəklər. Mübahisələrə yol verməyin. Özünüz üçün nəticə çıxararaq fəaliyyətinizi genişləndirin.
Oxatan - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Təlim-təhsil sferasında uğurlarınız çoxdur. Maddi vəziyyətiniz isə problemlidir.
Oğlaq - Səhhətinizə qarşı diqqətinizi artırın. Yarımçıq qoyduğunuz məsələlərin tam həllinə çalışın.
Dolça - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Özünüzü güclü hiss edəcəksiniz. Bununla belə maddi vəziyyətiniz ürəkaçan deyil.
Balıqlar - Biznes planlarını həyata keçirməkdən ötrü çalışmalısınız. Biliklərinizi artırsanız heç də pis olmaz. Səhhətinizə qarşı diqqətli olun.
Milli.Az