20:05
Müğənni Nadir Qafarzadə ölüm xəbəri ilə bağlı Milli.Az-a açıqlama verdi: "Mən indi Bakıya çatdım. Rusiyadan elə xoş təəssüratla qaytmışdım. Bütün stimulumu öldürdülər. Kimə belə qara şayiələr lazımdı, bilmirəm. Sadəcə onu deyirəm ki, qoy hər kəs işi ilə məşğul olsun. Onsuz da hər kəs öləcək. Ancaq indidən məni öldürməsinlər. İmkan versələr, Rusiya şou-biznesində fəaliyyətə başlayıram. Məni narahat edən odur ki, camaat elə bilər ki, bu şayiəni özüm yayıram ki, piar olsun. Mənə belə piar lazım deyil. O qədər işlərim var ki, belə piarlara vaxtım yoxdur. Rusiyadan bəzi təkliflər almışam. Bu saat onlar barədə düşünürəm. O qədər mənim yalandan öldüyümü yayacaqlar ki, axırda deyəsən, elə Nadir öləcək, sakitləşəcəklər. Ancaq narahat olmasınlar. Mənim ölmək yox, işləmək istəyim var".
---------
18:28
Milli.Az-ın əməkdaşının əldə etdiyi məlumata görə, "Twitter" sosial şəbəkəsində müğənni Nadir Qafarzadənin ölüm xəbəri yazanın kimliyi məlum olub. Teleaparıcı Turan (Samir) İbrahimovun öz profilində "Nadir Qafarzadə öldü" sözləri yazmaqla statusu silməsi bir neçə dəqiqənin içində baş versə də, bu məlumat virtual dünyada əsl çaxnaşmaya səbəb oldu. Teleaparıcı ilə əlaqə saxladıq və o, əsl həqiqəti oxucularımız üçün izah etdi.
"Xahiş edirəm, fikirlərimi olduğu kimi yayımlayın. "Uzunqulaq" dostlarımdan biri, kompyuterdə açıq qoyduğum profilimə daxil olaraq, türklər demiş, "eşşək şakası" (uzunqulaq zarafatı) ilə Nadır Qafarzadənin öldüyünü yazmışdı. Hər şey bir anın içində baş verdi. Otaqdan çölə çıxmağımdan istifadə edildi. Baş verənlərdən xəbərdar olan kimi dərhal həmin statusu sildim. Sosial şəbəkələrdən istifadə edən insanlara bu bariz nümunəni misal çəkib tövsiyə edirəm ki, heç kimin yanında, hətta ən əziz adamınızın yanında belə, profillərinizi açıq qoymayın və ya dostunuza etibar etməyin. Görürsünüz ki, nələr baş verir".
Qeyd edək ki, bizə verdiyi açıqlamasından dərhal sonra Turan profilində danışdıqlarını status olaraq da yayımlayıb. Və yazdığı sözlərinə heç bir "Twitter" istifadəçisi reaksiya göstərmir.
Yəqin ki, baş verənlərlə bağlı Nadir Qafarzadə də susmayacaq...
---------
17:52
Milli.Az xəbər verir ki, bir neçə saat bundan öncə "Twitter" sosial şəbəkəsində tanınmış estrada müğənnisi Nadir Qafarzadənin ölüm xəbəri yayılıb.
Milli.Az-ın əməkdaşı Bakıda olmayan müğənninin prodüseri Ruslan Əliyevi danışdırdı. "Kim yazıb? Nə üçün yazıblar? Axı bu qara piarın arxasında kim durur? Nadirdən nə istəyirlər? İnanın, sizinlə danışa-danışa idarə etdiyim avtomobillə Heydər Əliyev Hava Limanına tələsirəm ki, Nadiri qarşılayım. Neçə vaxt idi Moskvada idi, məlum olduğu kimi "Serdse byotsa" (Ürək döyünür) mahnısı çəkdirdiyi klip Rusiyanın məşhur Music Fox və Ru TV telekanallarında nümayiş olunmaqdadır. Nadir, Music Fox-da yayımlanan verilişlərdən birində qonaq kimi çıxış edib. Başı yaradıcılıq işlərinə qarışdığı bir məqamda bu nə xoşagəlməz xəbərlərdir yayılır? Ayıbdır axı..."
Xəbər diqqətimizdədir və ən qısa zamanda yenilənəcək.
Şahin Cavadsoy, Tahirə
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
"Nadir Qafarzadə öldü" xəbəri yayıldı - YENİLƏNİB
28 Fevral 2012 20:05
45 Şərh
Baxış: 21 163

DİGƏR XƏBƏRLƏR
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
-
"Ailəm, 4 övladım olmasının paxıllığını çəkirlər"
-
Xəstəliyinə görə evini satdı - indi burada yaşayır - VİDEO
XƏBƏR LENTİ
-
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
-
Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir - VİDEO
-
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
-
Gəncədə Vaqif Poeziya Günləri keçirilib - FOTO
-
"Qarabağ" "Zalsburq"a uduzdu
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
-
Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO
-
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
-
"Ailəm, 4 övladım olmasının paxıllığını çəkirlər"
-
Bakıda yanğın oldu - VİDEO
-
Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI