Şou-biznes

"Rejissorun toyunda qızıl boyunbağı taxmadığım üçün..."

26 Noyabr 2021 19:48
0 Şərh     Baxış: 2 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aşk mantık intikam" serialında "Reyhan Korfalı" obrazı ilə ekranlara çıxan aktrisa Birgül Ulusoy sektorla bağlı qalmaqallı iddialar səsləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, maqazin verilişlərindən birinin canlı yayımına qoşulan aktrisa ekran işlərinin rəhbərlərini tənqid edib.

O, prodüser və rejissorlarla Boğazda nahar edilməyəcəyi təqdirdə aktrisaların ssenaridəki rollarının azaldılacağını açıqlayıb:

"Heç kimi günahlandırmayacağam. Rolla razılaşırsınız. Obraz üçün irəliləyiş vəd edilir. Əsas qız və oğlanın hekayəsi irəlilədikcə ssenaristlərin fikirləri qarışır və ya prodüser "ona rol yaz, buna yox" şəklində müdaxilə edərək obrazları lazımsız edir. Bir aktyor kimi deyirsən ki, "Mənim burada nə işim var?".

Səbəbi prodüseri Boğazda krevet yeməyə dəvət etmədiyim, rejissorun toyunda qızıl boyunbağı taxmadığım üçün... Müəyyən insanlarla təmasın varsa, aktyorluq edirsən. Yoxsa, nə qədər yaxşı sənətçi olmağının heç bir əhəmiyyəti yoxdur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.