Şou-biznes

Tanınmış model müəmmalı şəkildə öldü - FOTO

24 Noyabr 2021 20:06
0 Şərh     Baxış: 1 897

Tanınmış model müəmmalı şəkildə ölüb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, ABŞ-da rəfiqəsi ilə partiyə getmək üçün evdən çıxan gənc model Christy Giles xəstəxananın qarşısında ölü tapılıb. Bədənində bircə çapıq belə olmayan gənc qızın ölümü ölkədə geniş əks-səda doğurub. Polislər Gilesin necə və kim tərəfindən öldürüldüyünü araşdırır.
 
Ailəsi qızlarının cinsi təcavüzə məruz qaldığından şübhələnir. 
 
Hadisədən sonra gənc qızın anası da açıqlama verib. Qızının atasının hərbçi olduğunu bildirən Anna Dusty Giles onu kiçik yaşlarından qorumaq üçün böyütdüklərini bildirib. Anna Dusti qızının təcavüzə məruz qalması ehtimalını düşündüyünü söyləyib.

Gənc qızla birlikdə yoxa çıxan dostu Hildanın qanında narkotik aşkarlandığını bildirən Dusti adlı qadın qızının xəbərlərinin hələ çıxmadığını və cinsi əlaqə olub-olmadığının hesabatdan sonra bəlli olacağını bildirib.
 
Polislər yaxın günlərdə gənc qızın necə öldüyü ilə bağlı təfərrüatlı araşdırmanı açıqlayacaqlarını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.