Şou-biznes

“Əsgərlərimizə nəsə olmağını istəmərəm”

17 Noyabr 2021 09:46
3 Şərh     Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çoxlu dua edirəm. Bu ermənilərin necə dilənçi, yaltaq olduğunu hamı bilir. Təxribat törədirlər. Lakin məğlub olacaqlar".

Milli.Az xəbər verir ki, bu sözləri Olay-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib. O bildirib ki, düşmən bizim qələbəmizi həzm edə bilmir:

"Onlar öz millətlərini aldadırlar. Əsgərlərimizə nəsə olmağını istəmərəm. Amma içimdə xoş bir hiss var ki, hər şey bizim xeyrimizə olacaq. Bizim 1992-ci ildə yaşadıqlarımızı, onlar indi yaşayırlar. Mən hər şeyi görüb yaşamışam, ailəmin qaçqın düşməsini görmüşəm. Lakin o zaman bizim öz torpağımız idi. Bunlar başqasının torpağına deyirlər ki, bizimdir. Haqq bizim tərəfimizdədir. Allah Şuşa işğaldan azad olunanda da əsgərlərimizin yanında idi. İndi də yanında olacaq. Heç narahat olmayın. İki-üç günə hər şey yaxşı olacaq".

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarında Azərbaycana qarşı genişmiqyaslı təxribat törədib, iki hərbçimiz yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.