Şou-biznes

Məşhur müğənni azərbaycanlı milyonçunun yarim milyon pulunu oğurlayıb - TƏFƏRRÜAT

16 Noyabr 2021 18:30
0 Şərh     Baxış: 2 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Avraam Russo Telman İsmayılovun pulunu oğurlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rusiyalı prodüser İosif Priqojin bu barədə  aif.ru-ya açıqlamasında bildirib.

Xatırladaq ki, Avraam Russo azərbaycanlı milyonçu Telman İsmayılovu onun həyatına sui-qəsd təşkil etməkdə ittiham edirdi. Bu barədə Telman İsmayılova qarşı cinayət işi də açılmışdı.

Priqojin açıqlamasında maraqlı etiraf edib. O bildirib ki, İsmayılovun kabinetindəki seyfin 2 açarı var idi. "Onlardan biri Telmanda, digəri isə Avraam Russoda idi. Bir dəfə mənim yanımda Telman İsmayılov seyfi açdı və  gördü ki, 500 min dollar çatışmır. Həmin pulları Avraam götürüb, dərhal Kiprə qaçmışdı. Qoy, Russo desin görüm, həmin vaxt o pulları neyləmişdi ?" - deyə, prodüser qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.