Şou-biznes

Azərbaycanın Əməkdar artisti koronavirusdan vəfat etdi - FOTO

16 Noyabr 2021 12:02
6 Şərh     Baxış: 4 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yarımştat" tamaşasından tanınan Əməkdar artist Məcnun Hacıbəyov bu gün səhər saatlarında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə aparıcı Ayşə İsazadə feysbukda məlumat verib.

Onun sözlərinə görə, aktyor koronavirusdan vəfat edib.

Qeyd edək ki, M. Hacıbəyov Qubanın İkinci Nüqədi kəndində anadan olub. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. 

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.