Şou-biznes

"Vəhşi mələk"in aktrisası Rusiya vətəndaşı oldu - FOTO

11 Noyabr 2021 20:30
0 Şərh     Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur aktrisa Nataliya Oreyro Rusiya vətəndaşlığı alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Vəhşi mələk" serialı ilə tanınan sənətçi noyabrın 10-da Rusiyanın Buenos-Ayresdəki səfirliyində baş tutan mərasimdə and içib. Sənədi ona Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov təqdim edib.  O, bundan şərəf hissi duyduğunu açıqlayaraq pasportla foto çəkdirib.

O, andın mətnini rus dilində oxuyub:

"Mən, Oreiro İqlesias Natalia Marisa, könüllü və şüurlu surətdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edirəm. Rusiyaya sadiq olmağa, onun mədəniyyətinə, tarixinə və ənənələrinə hörmətlə yanaşmağa and içirəm".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.