Dünyaca məşhur müğənni Ledi Qaqa bu ilin yanvarında ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Vogue" jurnalına müsahibə verən sənətçi tədbirə geyindiyi paltarın gülləkeçirməz olduğunu bildirib. O, libasın hansı materialdan hazırlanması ilə bağlı isə heç bir məlumat verməyib. Qaqa bununla yanaşı, libasın altından "bronjilet" geyindiyini də etiraf edib.
Qeyd edək ki, Ledi andiçmə mərasimində ABŞ-ın himnini ifa etmişdi.
Milli.Az