Hərbçi nişanlısı ilə nikah bağlayan Əməkdar artist Nigar Şabanova açıqlaması ilə diqqət çəkib.
Milli.Az Olay-a istinadən xəbər verir ki, o, "Həmin Zaur" proqramında qonaq olarkən dəyişdirdiyi soyadından danışıb.
"Bundan sonra Nigar Qaragözovayam. İstəyirəm ki, hər kəs məni belə təqdim etsin", -deyə xanəndə bildirib.
Aparıcı Zaur Kamal sənətçiyə bir neçə gəlinlik fotosu göstərərək birini seçməsini istəyib. Xanəndə isə açıq-saçıq libası qəti şəkildə seçməyəcəyini xüsusi vurğulayıb. O, "Mənim gəlinliyim mütləq qapalı olmalıdır",-deyə qeyd edib.
Qeyd edək ki, cütlüyün toyu şəhidlərimizin ili çıxdıqdan sonra baş tutacaq.
Milli.Az