Şou-biznes

“Həyat yoldaşımın ölümündən sonra əyləncəyə qatılmamışam”

1 Noyabr 2021 16:06
0 Şərh     Baxış: 8 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Sevil Nuriyeva sosial media hesabında onun adıyla bağlı yayılan fotoya münasibət bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, 2018-ci ildə həyat yoldaşı, iş adamı Etimad İsmayılovu itirən sənətçi yayılan bir görüntüdə onun rəqs etdiyini idda edənlərə cavab verib:

"Başqasına aid fotoları paylaşanlara alət olmaq istəməzdim, amma arxadakı qadını mənə bənzədənlər olub, Azərbaycandan belə suallar verirdilər deyə cavablandırıram. Düzü, mən də özümə bənzətdim. Lakin bu qədərini deyim: həyat yoldaşımın acısını və yasını daşıyarkən rəqs etməklə yanaşı, öz bacım oğlunun toyu da daxil, heç bir əyləncəyə qatılmamışam, qatılmıram".

Qeyd edək ki, E.İsmayılov İstanbulun Bakırköy ərazisində ofisində silahlı hücumla öldürülmüşdü. O, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.