Şou-biznes

Evində partlayış olan məşhur modelyerin bədəni yanıb - FOTOlar

12 Oktyabr 2021 11:06
0 Şərh     Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransalı modelyer, "Balmain" moda evinin bədii rəhbəri Olivye Rüstəm evindəki kaminin partlaması nəticəsində xəsarət alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə modelyer sosial şəbəkədə məlumat verib. O bildirib ki, hadisə ötən il baş verib:

"Bir il əvvəl mənim evimdə kamin partladı. Səhəri gün Parisin Sent-Luis Hospitalında oyandım. O zaman COVİD-19 xəstələri ilə məşğul olan bu məşhur xəstəxananın istedadlı heyəti mənə inanılmaz qayğı göstərdi. Onlara necə təşəkkür edəcəyimi bilmirəm. Yaralarım sağalana qədər isə onları maskaların, papaqların, aksessuarların altında gizlətdim və yeni kolleksiyalar üzərində işləməyə davam etdim. Hazırda sağalmışam və həqiqətən xoşbəxt olduğumu başa düşürəm. Buna görə hər gün Allaha şükür edirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.