Şou-biznes

Tolik Xəzər TV-dən getdi - Maaşından İMTİNA ETDİ

7 Oktyabr 2021 12:28
2 Şərh     Baxış: 4 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prodüser, aparıcı tarix Əliyev (Tolik) Xəzər telekanalından ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə prodüser özü məlumat verib. Tolik bildirib ki, işdən öz ərizəsi ilə ayrılıb:

"Nəhayət ki, 5 ilə yaxındır çalışdığım, məni sizə daha yaxından tanıtdıran doğma "Xəzər"imizdən ərizəmi yazaraq uzaqlaşıram. Bu müddət ərzində ola bilər ki, hansısa yanlışlıqlarım oldu. Peşəkar aparıcı və jurnalist olmasam da, bu illər ərzində bir çox peşəkar aparıcıların qarşısına çıxıb onlara reytinqdə öz sözümü deməyi bacardım. Bunu kim dansa da, televiziya əməkdaşları çox yaxşı bilir. Siz tamaşaçıların mənə olan sevgisi və göstərdiyi diqqət sayəsində öz sözümü deməyi bacardım. Çünki hər aparıcı tamaşaçı sevgisini qazana bilmir.

Baxmayaraq ki, Murad müəllim vəzifəyə gələn ilk gün "Hər şey daxil" verilişi bağlandı, amma mən bu günə qədər "Xəzər" kanalının əməkdaşı olaraq hər ay əmək haqqımı aldım. Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət də maaşımı alacaqdım. Buna görə də, ayrıca Murad müəllimə təşəkkür edirəm. Bundan sonra atdığım atdım mənim izləyicilərimi və məni çox sevindirəcək".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.