Şou-biznes

"Məni telekanallara buraxmırlar" - Kamran Həsənli

6 Oktyabr 2021 14:20
6 Şərh     Baxış: 2 769
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aparıcı Kamran Həsənli yeni mövsümdən MTV kanalı ilə əməkdaşlığa başlayacaq.

Milli.Az xəbər verir ki, bu haqda xəbəri axşam.az-a təsdiqləyən K.Həsənli bildirib ki, burada aparıcı kimi fəaliyyət göstərməyəcək:

"Əslində işbirliyim prodakşınlardan biri ilədir. Orada layihə hazırlanır. Mən də layihəyə məsləhətçi sima kimi daxil olmuşam. Həmin veriliş MTV-də efirə gedəcək".

K.Həsənli özünün aparıcı kimi televiziyada çalışmasına isə imkan verilmədiyini bildirib:

"Gedib kanal qapısını döyə bilmərəm. Hardansa təklif gəlməlidir ki, mən də çalışım. Amma təklif yoxdur. Məni kanallara yaxın buraxmırlar. Mənə qarşı telekanallar koalisiya qurub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.